NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 2022-ci il 24 iyun tarixində "26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü"nə həsr olunmuş velosiped idman növü üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilmişdir. Yarış Əshabi-Kəhf ziyarətgah avtomobil yolunda 12 kilometr məsafədə təşkil edilmişdir. Birinciliyin qaliblərinə fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim olunmuşdur.