NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

 

Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının yerli bölməsinin və Sədərək rayon Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman məktəblənin “Yay tədbirlər planı”na əsasən
Ümumtəhsil məktəbliləri arasında 5000 m.m məsafədə velosiped idman yarışı üzrə rayon birinciliyi keçirilib.
5000 min metir məsafədə keçirilən birincilikdə Təhsil Şöbəsinin əməkdaşları, Naxçıvan Muxtar Respublikaının Hava və Ekstremal İdman Növləri Federasiyasının yerli bölməsinin əməkdaşları, ümumtəhsil məktəblərinin 22-ə yaxın yuxarı sinif şagirdləri və İdman məktəbinin məşqçı müəllim şagirdləri iştirak edib.
Keçirilən birincilikdə çıxış edən Uşaq Gənclər İdman məktəbinin direktoru Nizami Bağırov şagirdlərə yarışın keçirilməsi haqqında geniş məlumat verərək yarışı açıq elan edib.
Maraqla keçən oyunun yekun nəticələrinə əsasən I yerə Sədərək rayon Qaraağaç kənd tam orta məktəbin XI sinif şagirdi İsmayıl Əliyev, II yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin IX sinif şasagirdi Dövran Əhmədov və III yerə isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Yasin Dünyamalıyev layiq görülmüşlər.
Bundan əlavə olaraq ümumtəhsil məktəblərinin 6 şagirdi isə həvəsləndirici yerə layiq görülüblər.
Sonda qaliblər təşkilatçıların diplom və pul mükafatları ilə təltif olunublar.