27 yanvar 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov tədbiri açaraq mövzu ətrafında çıxış etmişdir. Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədovun çıxışı olmuşdur. Daha sonra Naxçıvan Muxtar
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klubları və komandalarının idmançılarının iştirakı ilə zirvəyə sürətli qaçış üzrə daxili idman yarışı keçirilmişdir.Yarış 28 fevral 2017 ci il tarixdə Naxçıvan şəhərində Bayraq meydanında təşkil olunmuşdur. Yarışıda 1-ci yerin qalibi İlandağ klubunun üzvü Zamanlı Kənan Ramiq oğlu, 2-ci və 3-cü yerin qalibləri isə Dərələyəz idman komandasının üzvləri İmamquliyev Sənan Hikmət oğlu və Əhmədov Musa Firudin oğlu layiq görülmüşlər. Qaliblər Federasiyanın Fəxri Fərmanları ilə təltif edilmişlər.
Bu yarışda uğur qazanmış iştirakçılar Bakıda keçiriləcək dağa dırmanma üzrə Azərbaycan çempionatında iştirakı nəzərdə tutulmuşdur.