NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri  Federasiyası

 

18 mart 2013 – cü il tarixdə Naxçıvan MR Ali Məclisində Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə ayrı - ayrı federasiyaların fəaliyyətinə nəzər salınmış və mövcud potensialdan istifadə edilərək yeni iki federasiyanın – Stent Atıcılığı və Hava və Ekstremal İdman Növləri Federasiyalarının yaradılması tövsiyyə edilmişdir. Bundan irəli gələrək 28 mart tarixində Gənclər və İdman Nazirliyi və  təsisçilərin iştirakı ilə təsis yığıncağı keçirilmiş və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Federasiyanın idarə heyəti seçilmiş, Əsasnaməsi qəbul edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin 02 may 2013-cü il tarixli 640013 N99-115 saylı sərəncamı ilə federasiyanın nizamnaməsi qeydiyyata alınmışdır.  

Federasiyanın fəaliyyətinin əsas məqsədi muxtar respublikamızda hava və ekstremal idman növlərinin təbliği, inkişaf etdirilməsi, yetişməkdə olan gənc nəslin asudə vaxtının səmərəli təşkili və onların zərərli vərdişlərdən uzaq olmasıdır. Bu idman növünün inkişafı həm də ekoturizm, dağ turizminin genişlənməsinə də müsbət təsir göstərəcəkdir.

Federasiya özündə aşağıdakı idman növlərini birləşdirir:

  • 1 Hava idman növləri
  • 2 Dağ idman növləri
  • 3 Extremal turizmi
  • 4 Su idman növləri
  • 5 Texniki idman növləri
  • 6 Xarici keçidlər

Hər bir idman növü isə ayrı – ayrı idman sahələrini əhatə edir.

Hava idman növləri

  • Paraşüt
  • Paraplan
  • Motoparaplan
  • Deltaplan
  • Motodeltaplan

 Dağ idman növləri

  • Alpinizm
  • Qayayadrmanma
  • Buzadırmanma

 Extremal turizmi

  • Piyada turizm
  • Dağ turizm
  • Spelio turizm

Su idman növləri

  • Dayvinq
  • Skuter

Texniki idman növləri

  • Motosiklet yürüşləri
  • Velosiped yürüşləri
  • Kvadrasikl
  • Qar kvadrasikl