NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Türkiyəli alpinistlərdən Haçadağa anlamlı yürüş
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq Türkiyənin müxtəlif bölgələrindən 50 alpinist və 10 yerli ekstrimsevər tərəfindən Haçadağa zirvə yürüşü təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşün sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.
 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə bugün Xocalı soyqırımı qurbanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə Federasiyanın 4 dağçısının və Türkiyə Respublikasından gələn 6 dağçının iştirakı ilə Haçadağa yürüş keçirilmişdir. Dağçılar şəhidlərimizin, Türk xalqının şərəf və qəhrəmanlıq salnaməsi olan Çanaqqala zəfəri şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət bayraqları açılıb. Tədbiri başa vuran dağçılar geri qayıdıblar.