Federasiyanın 2022-ci ilin 8 ayında hesabatı
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 18 mart 2013-cü il tarixdə keçirilən müşavirədə Ali Məclis Sədrinin tövsiyyəsi ilə 28 mart 2013-cü il tarixdə yaradılan Hava və Ekstremal İdman Növləri Federasiyası özündə Hava, Dağ, Su Texniki idman növlərini və Ekstremal turizmi birləşdirir.
Ötən müddət ərzində federasiya dağa dırmanma, süni divara dırmanma, mağara (spelio) idman yürüşləri və velsiped idman yarışları təşkil edərək gənclərin asudə vaxtının səmərəli təşkil olunması, onlarda idmanın bu növlərinə marağın oyadılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və Naxçıvan təbiətinin zənginliklərinin təbliği, tanıdılması istiqamətində fəaliyyət göstərmişdir.
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayonlar üzrə 6 bölmə, 15 qrup, 2 idman klubu və komandaları fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası və onun rayonlarda yaradılmış bölmələri tərəfindən cari ilin ötən dövrü ərzində 10 velosiped yürüşü, 9 Mağara yürüşü, 9 suni divara dırmanma yarışı keçirilmişdir. Keçirilən yarışlarda ümumilikdə 536 idmançı iştirak etmişdir. Bu yarışlardan 4 muxtar respublika birinciliyi, 1 muxtar respublika turniri, qalanı yerli yarışlar olmuşdur.
Yerli məşqçilərin təcrübəsinin artırılması, gənc idmançılara nümunəvi dərslərin tədris olunması məqsədilə tanınmış məşqçi müəyyən müddətə muxtar respublikaya dəvət edilmişdir. Belə ki, Bakı şəhərindən olan müstəqil dağçı-təlimçi Babək İsgəndərov 18-20 fevral tarixlərdə Naxçıvana gətirilmiş məşqçi və idmançılara Süni Divara Dırmanma İdman Mərkəzində çətinlik proqramı üzrə yolların qurulması, bu yollarda yarışların təşkili mövzüsunda təlim- məşq keçmişdir.
Federasiyanın məşqçi və idmançılarına dağçılıq idman proqramlarının tədrisi, Suni divarın imkanlarından daha səmərəli istifadə edilməsi məqsədilə Türkiyə Dağçılıq Federasiyasının təcrübəli məşqçiləri Naxçıvan Muxtar Respublikasına dəvət edilmişlər. Önümüzdəki aylarda onların vasitəsilə təcrübə dərslərinin keçirilməsi nəzərdə tutulur.
30 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında yeniyetmə və gənclər arasında velosiped idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Uzunoba Su Anbarının ətrafında keçirilən birincilikdə ümumilikdə 24 idmançı iştirak etmişdir.
2022-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Şahbuz rayonunun Biçənək kəndi ərazisindəki "Fərhad evinə" 3 kilometr məsafədə mağara (spelio) idman yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birincilikdə muxtar respublikamızın bütün rayonlarında keçirilmiş mağara yürüşündə ilk üçlüyü tutan idmançılar iştirak etmişdir.
19 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş süni divara dırmanma idman yarışı üzrə muxtar respublika turniri keçirilmişdir. Qabaqcadan keçirilən məşqlərin nəticəsi olaraq Naxçıvan şəhər idmançısı birinci, Şahbuz rayon idmançısı ikinci, Ordubad rayon idmançısı üçüncü yeri tutmuşdur. Turnirdə idmançılar həm komanda hesabına həm də fərdi nəticələrə görə mükafatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 2022-ci il 24 iyun tarixində "26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü"nə həsr olunmuş velosiped idman növü üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilmişdir. Yarış Əshabi-Kəhf ziyarətgah avtomobil yolunda 12 kilometr məsafədə təşkil edilmişdir. Mikayılzadə Elvin birinci, Seyidzadə Mirsənan ikinci və Cəfərov Sadiq isə üçüncü yerə layiq görülmüşlər. Qaliblərə fəxri fərmanlar, diplomlar və hədiyyələr verilmişdir.
Qonşu ölkələrlə idman əlaqələrinin genişləndiilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 19 fevral 2022-ci il tarixdə Xocalı soyqırımının 30- cu ildönümü ilə əlaqədar Türkiyənin Zirvə dağcılık idman klubunun 26 nəfər, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 6 nəfər idmançısı, o cümlədən Bakı şəhərindən 7 nəfər müstəqil idmancı olmaqla ümumilikdə 39 nəfər dağçının iştirakı ilə Hacadağa yürüş keçirilmişdir. Həmçinin 25 fevral 2022-ci il tarixi aralarında Türkiyənin Dağçılık Federasiyanın rəhbəri də olmaqla federasiyanın 21 nəfər idmançının, Naxçıvanda fəaliyyət göstərən federasiyaların 10 nəfər və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 6 nəfər olmaqla ümumilikdə 37 nəfər dağcı idmançının iştirakı ilə Xocalı soyqırımının 30 ildönümü ilə əlaqədar Hacadağa ekstremal idman yürüşü keçirilmişdir. Zirvədə Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılmış, tədbir iştirakçılarına federasiyanın təşəkkürnamələri, hədiyyələri və Türkiyə Dağçılıq Federasiyanın rəhbəri Ersan Başara plaket təqdim olunmuşdur.
Yürüş iştirakçılarının muxtar respublikamızla tanış olmaları üçün turizm əhəmiyyətli yerlərə gəzintilər təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi hər bir yarışda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi yardım briqadasının üzvləri dəvət olunmuş və onların yarışla bağlı tövsiyyələri nəzərə alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə federasiya üzvlərinin muzeylərdə ekskursiyası təşkil olunmuşdur.
Federasiya tərəfindən keçirilən tədbirlər mətbuat və informasiya orqanlarında işıqlandırılmışdır.
Federasiyanın internet saytında nəinki federasiya tərəfindən təşkil ediləcək yarışların anonsu, keçirilən yarışlar barəsində məlumatlar verilmiş, həmçinin Muxtar Respublikamızın idman həyatında baş verən mühüm hadisələrlə bağlı məlumatlar yerləşdirilir.
Yarışlar təşkil olunarkən onların əsasnaməsi hazırlanmış, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə razılaşdırılaraq ayrı – ayrı təşkilatlara göndərilmişdir.
İnanırıq ki, bu istiqamətdə aparılan tədbirlər ölkəmizdə həyata keçirilən gənclər-idman siyasətinin uğurlu icrasında başlıca rol oynayacaqdır. Əsas məqsəd gənclərdə idmanın ekstremal növünə maraq oyadılması, onların asudə vaxtlarının səmərəli təmin olunmasına, gənc nəslin sağlam bədənə və ruha sahib olmalarına nail olmaqdır.
Federasiyanın 2021-ci ildə hesabatı
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası 2021-ci ildə Naxçıvan Muxtar Respublikasında hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi, onun təbliği, gənclərdə idmanın bu növünə maraq oyadılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və Naxçıvan təbiətinin zənginliklərinin təbliği, tanıdılması istiqamətində bir sıra yarışlar və tədbirlər keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası və onun rayonlarda fəaliyyət göstərən bölmələri 2021-ci ildə müxtəlif növ idman yarışlarını və gənclərin bu sahəyə maraq göstərmələri üçün maarifləndirmə tədbirləri keçirmişlər.
Federasiya tərəfindən keçirilən yarışlarda 250 nəfər idmançı, rayon bölmələri tərəfindən keçirilən yarışlarda isə 700 nəfər imançı, ümumilikdə isə 950 nəfərə yaxın idmançı iştirak etmişdir.
İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilmişdir.
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayonlar üzrə 6 bölmə, 15 qrup, 2 idman klubu və komandaları fəaliyyət göstərir.
12 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Babək rayonu Dizə kəndi ərazisindən Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi istiqamətinədək ekoloji könüllülərin iştirakı ilə ekstremal idman yürüşü keçirilmişdir. Məqsəd bu ərazidə mövcud olan təbiətin gözəlliyini gənclərimizə aşılamaqdır.
Qonşu ölkələrlə idman əlaqələrinin artırılması məqsədilə 20 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq Naxçıvanlı dağçılarla birlikdə Qardaş Türkiyə Cümhuriyyətinin Zirvə Dağçılıq Komandasının idmançıları Haçadağa dırmanışı təşkil olunmuşdur.
03 aprel 2021-ci il tarixdə Gənclər arasında spelio (mağara) yürüşü üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışda ilk mərhələnin qalibləri - şəhər və rayon birinciliklərində fərqlənən idmançılar mübarizə aparmışlar. Yarış Şahbuz Dövlət Təbiət Qoruğundan Fərhad Evinədək məsafədə keçirilmişdir. Keçirilən yarışın yekununda əsasən komandaların nəticəsinə görə Ordubad rayonu birinci, Kəngərli rayonu ikinci və Naxçıvan şəhəri üçüncü yerə layiq görülmüşdür. Qaliblərə diplom, fəxri fərmanlar və hədiyyələr verilmişdir.
Ətraf mühitə təsiri olmayan velosiped idman növünün MR-da inkişaf etdirilməsi və gənclərimizin bu idman növünə marağının artırılması məqsədilə Federasiya və onun rayon bölmələri tərəfindən yarışlar keçirilmişdir. Belə ki, velosiped idman yarışı üzrə rayon birinciliklərinin qaliblərinin işitrakı ilə 2021-ci il 29 aprel tarixində gənclər arasında Uzunoba Su Anbarının ətrafında velosiped idman yarışı üzrə muxtar respublika birinciliyi keçirilmişdir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ildönümü münasibətilə 2021-ci il 3-4 may tarixində Quba rayonunun Qızıl qaya massivinin dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Zirvəsinə 14 idmançının iştirakı ilə idman yürüşü keçirilmişdir. Heydər Zirvəsinə keçirilən yürüşdə Federasiyasının idmançısı Nəcəfov Vahid Əmirxan oğlu da iştirak etmişdir.
"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ildönümü"nə həsr olunmuş gənclər arasında 2021-ci il 7 may tarixində süni divara dırmanma idman yarışı üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Birincilikdə Culfa rayon komandası birinci, Şahbuz rayon komandası ikinci və Kəngərli rayon komandası üçüncü olaraq Heydər Əliyev kubokunun sahibi olmuşlar. Qaliblərə kuboklar, diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təşkilatçılığı ilə 2021-ci il 8 may tarixində Peyntbol idman növü üzrə 20 komanda arasında keçirilən Naxçıvan MR birinciliyində Federasiyanın idmançılarından ibarət komandası fəal çıxış edərək 6-7 yerə layiq görülmüşdür.
Texniki nəqliyyat vasitəsi kimi velosiped idman növünün gənclərimiz arasında inkişaf etdirilməsi gənlərimizin sağlamlığı üçün böyük əhəmiyyətə malikdir. 14 iyun 2021-ci il tarixdə gənclər arasında “15 İyun – Millli Qurtuluş Günü”nə həsr olunan velosiped idman yarışı üzrə rayon birinciliklərinin yekununa əsasən Naxçıvan MR birinciliyi keçirilmşdir. Yarış Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi istiqamətində təşkil edilmişdir.
Süni divara dırmanma üzrə rayon birincilikləri başa çatdırıldığından "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında yeniyetmə və gənclər arasında 2021-ci il 30 sentyabr tarixində süni divara dırmanma idman növü Naxçıvan MR birinciliyi keçirilmişdir. Məqsəd Federasiyanın digər idman növləri ilə bərabər süni divara dırmanma növün üzrə yığma komandasını formalaşdırmaqdır.
Dövlətimizin qayğısı ilə 07-09 sentyabr tarixlərində Federasiyanın bir məşqçisi və on nəfər imançısı Şahbuz rayonu Ağbulaq İstirahət Mərkəzinə istirahətə göndərilmişlər.
Federasiya tərəfindən yerlərdə ekstremal idman yürüşlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Mağara (spelio) idman yürüşü üzrə rayon birinciliklərinin qalibləri 26 oktyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Şərur rayonunun Tənənəm kəndindən Qazma mağarasına mağara (spelio) idman yürüşü üzrə muxtar respublika birinciliyində iştirak etmişlər.
Tanınmış məşqçilərin müəyyən müddətə muxtar respublikaya dəvət edilməsi, onların yerli məşqçilərə təlimlər, treninqlər və gənc idmançılara nümunəvi dərslərin tədris olunması məqsəilə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Bakı şəhərindən olan müstəqil dağçı-təlimçi Babək İsgəndərov 2021-ci il 29-30 oktyabr tarixlərində Naxçıvanda Federasiyasının məşqçi və idmançılarına Süni Divara Dırmanma İdman Mərkəzində çətinlik proqramı üzrə təlim- treninq keçmişdir.
8 noyabr "Zəfər Günü" nün qeyd olunması məqsədiilə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və dəvəti ilə 5 noyabr tarixində Türkiyə Dağçılık Federasiyasının 5 nəfər dağçı-idmançısı Naxçıvana dəvət edilmiş və 6 noyabr tarixində Federasiyasının 6 dağçı-idmançısı ilə birlikdə Culfa rayonu ərazisində yerləşən Haça Dağa "Zəfər Yürüşü" keçirmişlər. Zirvədə hər iki ölkənin bayraqları dalğalandırılmışdır. Türkiyə Dağçılık Federasiyasının təmsilçisinə Federasiya tərəfindən plaket və hər bir dağcı-idmançıya hədiyyələr təqdim edilmişdir.
Federasiyalar arası əlaqələrin artırılması məqsədilə 2021-ci il 15-18 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan MR Futbol Federasiyasının birgə təşkilatçılığı ilə federasiyalar arasında Uzunoba Təlim-Məşq İdman Kompleksində keçirilən mini-futbol yarışında Federasiyanın komandası da fəal iştirak etmişdir.
2021-ci ildə Süni Divara Dırmanma Mərkəzi yenidən təmir olunaraq idmançıların istifadəsinə verilmişdir.
Yeniyetmə və gənclərin asudə vaxtlarının düzgün, səmərəli keçirmələri məqsədilə 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə federasiya üzvlərinin muzeylərdə ekskursiyaları təşkil olunmuşdur.
Federasiyanın 2020-ci ildə fəaliyyəti
Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölmələri 2020-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil etmişdir. Keçirilən yarışlarda 650 qız və 1020 oğlan olmaqla, ümumilikdə 1670 idmançı iştirak etmişdir.
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə ekstremal idman növləri üzrə müstəqil məşqçi və təlimçi Babək İsgəndərov Naxçıvan şəhərinə gəlmiş, yerli məşqçilərə və idmançılara əvvəlcədən müəyyən olunmuş proqrama uyğun olaraq təlimlər vermişdir.
MR-nın ali, orta ixtisas və tam orta məktəblərində ekstremal idman növlərinə marağın artırılması və kütləviliyin təmin olunması məqsədi ilə təhsil müəssisələri ilə əməkdaşlığa geniş yer verilir.
19 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin gəncləri arasında ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyi keçirilmişdir. “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında təşkil edilən yürüş Culfa rayonu Turab çeşməsində Hacadağın ətəyinədək keçirilib. 3 min metr məsafədə keçirilən yarışda oğlan və qız idmançılar mübarizə aparmışdır.Yekun nəticəyə əsasən qalib 3 qız və 3 oğlan nazirliyin diplomları, federasiyanın isə fəxri fərman və hədiyələri ilə mükafatladırılmışlar. Sonda idmançılara Haçadağ haqqında məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinin qeyd olunması məqsədi ilə 18 mart 2019– cu il tarixdə Babək rayonu Uzunoba Su Anbarının ətrafında velosiped idman yarışı üzrə Muxtar Respublika birinciliyi keçirilmişdir. 16 yaşından yuxarı gənc oğlanlar arasında keçirilən yarışda 40-dan çox idmançı iştirak etmişdir.Yarışın nəticələrinə əsasən Culfa rayon təmsilçisi I yerə, Şərur rayon təmsilçisi II yerə, Culfa rayon təmsilçisi III yerə layiq görülmüşlər.
25 Fevral tarixində Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 17 nəfərlik alpinist qrupu Federasiyasının 7 idmançısı ilə birlikdə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün İlandağa yürüş etmişlər. Haçadağın zirvəsində yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişlər.
22-23 mart tarixində “Novruz bayramı-Dostluq” devizi altında Haçadağa yürüş təşkil edilib. Yürüşdə Türkiyənin müxtəlif bölgələrindən və Naxçıvandan ümumilikdə 20 idmançı iştirak etmişdir.
10 may tarixində “Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü” münasibəti ilə təşkil edilən Haçadağa yürüşdə Federasiyaya üzv olan 6 nəfər yerli, 15 nəfər Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri və Türkiyənin dağçı idmançıları iştirak etmişlər.
Naxçıvan televiziyasının əməkdaşları da idmançılarla bərabər hündürlüyü 2415 metr olan Haçadağa yürüşdə iştirak etmişlər.
Yürüş iştirakçılarına milli kulinariyamızın təamları təqdim olunmuşdur
12 aprel tarixində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənclər arasında süni divara dırmanma üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 1-ci və 2-ci, Naxçıvan Dövlət Kollecinin tələbəsi isə 3-cü yerdə qərarlaşıblar.
Qızların mübarizəsində isə Naxçıvan Dövlət Universitetinin tələbəsi birinci və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi ikinci yerə layiq görülüblər.
29 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “ Heydər Əliyev Kuboku” uğrunda süni divara dırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib. Yekun nəticəyə əsasən 3 qız və 3 oğlan idmançı mükafatçılar sırasında yer almışlar. Komandalar arasında gedən mübarizədə isə, Naxçıvan Dövlət Texniki Kolleci I yerin, Naxçıvan Tibb Kolleci II yerin, Naxçıvan Müəllimlər İnstitu isə III yerin qalibi olub. Fərdi mükafatlandırma üzrə qaliblərə diplom və qiymətli hədiyyələr, komandalara isə “Heydər Əliyev Kuboku” təqdim olunub.
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə "təbiəti tanıyaq və tanıdaq" devizi altında MR ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin Şahbuz rayonu ərazisindəki Batabat gölləri, Zor bulaq və Şahbuz Dövlət Təbiət Qoruğu ərazilərində yürüşü təşkil olunmuşdur. Daha sonra qoruqda fəaliyyət göstərən muzey fondu və qoruq haqqında məlumat verilmişdir.
26 sentyabr 2019-cu ildə Muxtar Respublikada idman federasiyalarının üzvləri arasında peyntbol üzrə birinciliyi keçirilmişdir. Birincilikdə c beş üzvü iştirak etmişdir.
MR-nın tam orta məktəblərində ekstremal idman növlərinə marağın artırılması və kütləviliyin təmin olunması məqsədi ilə təhsil müəssisələri ilə əməkdaşlığa geniş yer verilir. 07 noyabr 2019-cu il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş ümumtəhsil müəssisələrinin oğlan şagirdləri arasında süni divara dırmanma üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Seçmə mərhələsində 122 idmançı iştirak etmiş və birincilikdə isə 60 idmançı mübarizə aparmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına müvafiq olaraq 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə federasiyanın üzvləri Ədəbiyyat müzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Naxçıvanqala Tarix Memarlıq Muzey ,“Əlicnəqala” Tarixi-Mədəniyyət Muzey Komplekslərində ekskursiyası təşkil olunmuşdur.
Gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkil olunması məqsədi ilə Ağbulaq istirahət mərkəzində istirahəti təmin edilmişdir.
Keçirilən tədbirlər mətbuat və informasiya orqanlarında işıqlandırılmışdır.
Onu da qeyd edək ki, yarışlar təşkil olunarkən onların əsasnaməsi hazırlanmış, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış və ayrı – ayrı təşkilatlara göndərilmişdir. Əsasnamədə yarışın keçiriləcəyi yer, şərtlər qeyd olunur. Yarışlarda yalnız 16 yaşdan yuxarı sağlam idmançıların iştirakına icazə verilmişdir.
Federasiyanın 2019-cu ildə fəaliyyəti
Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölmələri 2019-cu il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil etmişdir. Keçirilən yarışlarda 650 qız və 1020 oğlan olmaqla, ümumilikdə 1670 idmançı iştirak etmişdir.
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə ekstremal idman növləri üzrə müstəqil məşqçi və təlimçi Babək İsgəndərov Naxçıvan şəhərinə gəlmiş, yerli məşqçilərə və idmançılara əvvəlcədən müəyyən olunmuş proqrama uyğun olaraq təlimlər vermişdir.
MR-nın ali, orta ixtisas və tam orta məktəblərində ekstremal idman növlərinə marağın artırılması və kütləviliyin təmin olunması məqsədi ilə təhsil müəssisələri ilə əməkdaşlığa geniş yer verilir.
19 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin gəncləri arasında ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyi keçirilmişdir. “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında təşkil edilən yürüş Culfa rayonu Turab çeşməsində Hacadağın ətəyinədək keçirilib. 3 min metr məsafədə keçirilən yarışda oğlan və qız idmançılar mübarizə aparmışdır.Yekun nəticəyə əsasən qalib 3 qız və 3 oğlan nazirliyin diplomları, federasiyanın isə fəxri fərman və hədiyələri ilə mükafatladırılmışlar. Sonda idmançılara Haçadağ haqqında məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinin qeyd olunması məqsədi ilə 18 mart 2019– cu il tarixdə Babək rayonu Uzunoba Su Anbarının ətrafında velosiped idman yarışı üzrə Muxtar Respublika birinciliyi keçirilmişdir. 16 yaşından yuxarı gənc oğlanlar arasında keçirilən yarışda 40-dan çox idmançı iştirak etmişdir.Yarışın nəticələrinə əsasən Culfa rayon təmsilçisi I yerə, Şərur rayon təmsilçisi II yerə, Culfa rayon təmsilçisi III yerə layiq görülmüşlər.
25 Fevral tarixində Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 17 nəfərlik alpinist qrupu Federasiyasının 7 idmançısı ilə birlikdə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün İlandağa yürüş etmişlər. Haçadağın zirvəsində yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişlər.
22-23 mart tarixində “Novruz bayramı-Dostluq” devizi altında Haçadağa yürüş təşkil edilib. Yürüşdə Türkiyənin müxtəlif bölgələrindən və Naxçıvandan ümumilikdə 20 idmançı iştirak etmişdir.
10 may tarixində “Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü” münasibəti ilə təşkil edilən Haçadağa yürüşdə Federasiyaya üzv olan 6 nəfər yerli, 15 nəfər Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri və Türkiyənin dağçı idmançıları iştirak etmişlər.
Naxçıvan televiziyasının əməkdaşları da idmançılarla bərabər hündürlüyü 2415 metr olan Haçadağa yürüşdə iştirak etmişlər.
Yürüş iştirakçılarına milli kulinariyamızın təamları təqdim olunmuşdur
12 aprel tarixində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənclər arasında süni divara dırmanma üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 1-ci və 2-ci, Naxçıvan Dövlət Kollecinin tələbəsi isə 3-cü yerdə qərarlaşıblar.
Qızların mübarizəsində isə Naxçıvan Dövlət Universitetinin tələbəsi birinci və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi ikinci yerə layiq görülüblər.
29 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “ Heydər Əliyev Kuboku” uğrunda süni divara dırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib. Yekun nəticəyə əsasən 3 qız və 3 oğlan idmançı mükafatçılar sırasında yer almışlar. Komandalar arasında gedən mübarizədə isə, Naxçıvan Dövlət Texniki Kolleci I yerin, Naxçıvan Tibb Kolleci II yerin, Naxçıvan Müəllimlər İnstitu isə III yerin qalibi olub. Fərdi mükafatlandırma üzrə qaliblərə diplom və qiymətli hədiyyələr, komandalara isə “Heydər Əliyev Kuboku” təqdim olunub.
Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə "təbiəti tanıyaq və tanıdaq" devizi altında MR ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin Şahbuz rayonu ərazisindəki Batabat gölləri, Zor bulaq və Şahbuz Dövlət Təbiət Qoruğu ərazilərində yürüşü təşkil olunmuşdur. Daha sonra qoruqda fəaliyyət göstərən muzey fondu və qoruq haqqında məlumat verilmişdir.
26 sentyabr 2019-cu ildə Muxtar Respublikada idman federasiyalarının üzvləri arasında peyntbol üzrə birinciliyi keçirilmişdir. Birincilikdə c beş üzvü iştirak etmişdir.
MR-nın tam orta məktəblərində ekstremal idman növlərinə marağın artırılması və kütləviliyin təmin olunması məqsədi ilə təhsil müəssisələri ilə əməkdaşlığa geniş yer verilir. 07 noyabr 2019-cu il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş ümumtəhsil müəssisələrinin oğlan şagirdləri arasında süni divara dırmanma üzrə Naxçıvan MR birinciliyi keçirilmişdir. Seçmə mərhələsində 122 idmançı iştirak etmiş və birincilikdə isə 60 idmançı mübarizə aparmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına müvafiq olaraq 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə federasiyanın üzvləri Ədəbiyyat müzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Naxçıvanqala Tarix Memarlıq Muzey ,“Əlicnəqala” Tarixi-Mədəniyyət Muzey Komplekslərində ekskursiyası təşkil olunmuşdur.
Gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkil olunması məqsədi ilə Ağbulaq istirahət mərkəzində istirahəti təmin edilmişdir.
Keçirilən tədbirlər mətbuat və informasiya orqanlarında işıqlandırılmışdır.
Onu da qeyd edək ki, yarışlar təşkil olunarkən onların əsasnaməsi hazırlanmış, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış və ayrı – ayrı təşkilatlara göndərilmişdir. Əsasnamədə yarışın keçiriləcəyi yer, şərtlər qeyd olunur. Yarışlarda yalnız 16 yaşdan yuxarı sağlam idmançıların iştirakına icazə verilmişdir.
2020-ci ilin birinci yarısına dair fəaliyyəti
Ölkəmizdə idman siyasəti uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında gənclərimizin sağlam böyüməsi və intellektual səviyyələrinin artırılması istiqamətində dövlət qayğısı ilbəil artırılmaqdadır.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının rayonlarda yaradılmış bölmələri ötən il müxtəlif növ idman yarışlarını və gənclərin bu sahəyə maraq göstərmələri üçün maarifləndirmə tədbirləri keçirmişlər.
Keçirilən yarışlarda 36 qız və 85 oğlan olmaqla, ümumilikdə 121 idmançı iştirak etmişdir.
2020-ci il fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. İldən-ilə idman nəticələrimiz, uğurlarımız artmaqda davam edir. Formalaşan güclü idman infrastrukturu ölkəmizi idman ölkəsinə və beynəlxalq yarışların keçirildiyi mərkəzə çevirir. Ölkə Prezidenti cənab İlham Əliyev idmançılarla görüşündə demişdir: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin və federasiyaların birgə fəaliyyəti bu uğurları şərtləndirir”.
Ali Məclisin Sədri demişdir: Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
18 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil müəssisələrinin şagirdləri arasında Uzunoba gölü istiqamətində velosiped idman yarışı üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Yarışda 51 idmançı gücünü sınamışdır. Onlardan 16 nömrəli tam orta məktəbin şagirdi Hüseynov Hüseyn birinci yerin, 9 nömrəli tam orta məktəbin şagirdi Həsənov Sadiq ikinci yerin, 7 nömrəli tam orta məktəbin şagirdi Məmmədli İbrahim üçüncü yerin qalibi olmuşlar. Qalib idmançılar sonda Diplom, Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.
5 mart 2020-ci ildə idman festifalı keçirilmişdir. Uşaq və gənclərin idmana cəlbinin kütləviliyini artırmaq məqsədilə Naxçıvan MR Gənclər və İdman Nazirliyi və idman federasiyalarının birgə təşkilatçılığı ilə bu gün saat meydanında "İdman festifalı" keçirilmişdir. Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, rəsmi şəxslər iştirak etmişdir. Təmsil etdiyimiz Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyanın süni davrının maketi, velosiped, dağa dırmanma üçün ləvazimatlar və digər idman alətləri qonaqların diqqətini çəkmişdir. İdman festivalı yüksək səviyyədə nümayiş olundu.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Naxçıvanlı idmançılarla yanaşı Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvləri 23 fevral 2020-ci il tarixdə Haçadağın zirvəsinə uğurla qalxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına müvafiq olaraq 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə federasiya üzvlərinin müzeylərdə ekskursiyası təşkil olunmuşdur.