NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə  gənclər arasında "Zərərli vərdişlərə yox, həmişə sağlam olaq" devizi altında spelio- mağara idman yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Mağara idman yürüşü Şahbuz Dövlət Təbiət Qoruğu ərazisindən Fərhad evinədək 4000 metr məsafədə təşkil edilmişdir. Komandaların nəticəsinə görə Ordubad rayonu birinci, Kəngərli rayonu ikinci və Naxçıvan şəhəri üçüncü yerə layiq görülmüşdür. Fərdi nəticələrə görə Nağıyev Əmrah birinci, Seyidov Miryusif ikinci və Əsgərov Ənnağı üçüncü yerin mükafatçısı olmuşlar. Qalib komandalara və idmançılara diplomlar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.