NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Təbiətə ekoloji, insanlara fiziki-mənəvi faydaları olan nəqliyyat vasitəsi kimi velosipedə və ümumilikdə ekstremal idman növlərinə marağın artırılması məqsədi daşıyan yarışa 17 məktəbli qatılıb.İştirakçılar Naxçıvan-Ordubad magistral yolundan Nehrəm qəsəbəsi istiqamətində 2 kilometrlik məsafəni qət ediblər. Hüseyn İsmayılov təyin olunan məsafəni hamıdan tez qət edərək birinci pilləyə layiq görülüb. Sehran İbrahimovla Murad Ələkbərov müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Babək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın Babək rayon bölməsinin birgə təşkil etdiyi yarışın sonunda qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.