NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Bakı şəhərindən olan müstəqil dağçı-təlimçi Babək İsgəndərov 2021-ci il 29-30 oktyabr tarixlərində Naxçıvanda Federasiyasının məşqçi və idmançılarına Süni Divara Dırmanma İdman Mərkəzində çətinlik proqramı üzrə təlim- treninq keçmişdir. Məqsəd bu idman sahəsində məşqçi və idmançıların yetişdirilməsidir. Bu kimi təlimlər bundan sonra da davam etdiriləcəkdir.