NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad etməsinin və tarixi qələbənin bir ili tamam olur. 8 noyabr ölkəmizdə "Zəfər Günü" qeyd olunacaqdır. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və dəvəti ilə 5 noyabr tarixində Türkiyə Dağçılık Federasiyasının 5 nəfər dağçı-idmançısı Naxçıvana dəvət edilmiş və 6 noyabr tarixində Federasiyasının 6 dağçı-idmançısı ilə birlikdə Culfa rayonu ərazisində yerləşən Haça Dağa "Zəfər Yürüşü" keçirmişlər. Dağcı-idmançılar Haça Dağın zirvəsinə inamla qalmışlar. Zirvədə Azərbaycanın və Türkiyənin dalğalandırılmışdır. Türkiyə Dağçılık Federasiyasının təmsilçisinə Federasiya tərəfindən plaket və hər bir dağcı-idmançıya hədiyyələr təqdim edilmişdir. Hər bir kəsə Zəfər Bayramınız mübarək olsun deyirik...