Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Zirvə dağcılık idman klubunun 35 və Bakı şəhərindən 7 nəfər dağçısı 18-20 fevral 2022-ci il tarixdə Xocalı soyqırımının 30- cu ildönümü ilə əlaqədar Hacadağa keçiriləcək yürüşdə iştirak etmək məqsədilə Naxçıvan Muxtar Respublikasına gəlmişlər. 19 fevral tarixində isə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 6 nəfər dağçı idmançılarının iştirakı ilə ümumilikdə 39 nəfər idmançının iştirakı ilə Hacadağa yürüş keçirilmişdir.