NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Dağçılık Federasiyanın 21 nəfər, Naxçıvanda fəaliyyət göstərən federasiyaların 10 nəfər və Federasiyanın 6 nəfər, ümumilikdə 37 nəfər dağcı idmançının iştirakı ilə Xocalı soyqırımının 30 ildönümü ilə əlaqədar Hacadağa ekstremal idman yürüşü keçirilmişdir. Hacadağın zirvəsində Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanmışdır. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən tədbir iştirakçılarına təşəkkürnamələr və Türkiyə Dağçılıq Federasiyanın rəhbəri Ersan Başara plaket verilmişdir. Türkiyə Dağçılıq Federasiya tərəfindən Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mayis Əliyevə plaket təqdim edilmişdir.