NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 Hava və Ekstremal İdman Növləri Federasiyası, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 15 tam orta məktəbdən 30 idmançı iştirak edib. Məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və velosiped idman növünə cəlb etməkdən ibarət olan birinciliyin yekununa əsasən Nihad Əhmədov (16№-li tam orta məktəb) I yerə, Abbasəli Nəcəfli (10№-li tam orta məktəb) II yerə, Mirhəmid Seyidzadə (7№-li tam orta məktəb) isə III yerə layiq görülüblər. Sonda qalib və fərqlənən idmançılara diplom və fəxri fərmanlar təqdim olunub. Qeyd edək ki, ilk üçlükdə qərarlaşan idmançılar 30 mart 2022-ci il tarixdə keçiriləcək muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.