NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyası Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında velosiped idman növü üzrə Ordubad rayon birinciliyi keçirilib. 24 məktəblinin iştirak etdiyi yarışda Elvin Hüseynov I, Vahid Həbibov II, Cəmil Abbasov III yerin sahibi olub. Qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.