NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

2022-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Şahbuz rayonu Biçənək kəndi ərazisindəki "Fərhad evinə" 3 kilometr məsafədə mağara (spelio) idman yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birincilikdə Murad Quliyev (Culfa rayonu) birinci, Babayev Xəqani (Şərur rayonu) ikinci və Seyidzadə Mirsənan (Culfa rayonu) üçüncü yerə layiq görülmüşlər. Qaliblərə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil Nazirlikləri tərəfindən diplomlar, fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.