NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 25 fevral 2023-cü il tarixdə Xocalı soyqırımı qurbanlarını anmaq, Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə, Federasiyanın 6 dağçısının, Bakı şəhərindən gələn 5 dağçının iştirakı ilə Haçadağa dırmanma keçirilir. Əvvəlcə qrup rəhbəri tərəfindən idmançılar təlimatlandırılmış, yürüşə başlanılmışdır.