1 fevral 2019-cu il tarixdə Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi və Naxçıvan MR Hava və Ekstirimal İdman Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə “2 fevral - Gənclər Günü"nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında kross yarışı üzrə rayon birinciliyi keçirilib.
Yarışda 12 məktəbdən 82 idmançı iştirak edib.
Oğlanlar arasında Sunay Mütəlov, Fərhad Heydərov və Turqay Abdullayev qalib adını qazanıblar. Qızların mübarizəsində isə Aydan Rzayeva, Bülbül Hüseynova və Nuray Əliyeva ilk üç pillədə qərarlaşıblar.
Qalib idmançılara təşkilatçıları tərəfindən diplom və hədiyyələr təqdim olunub.