NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

19 fevral 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi gənclər arasında ekstremal yürüş üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub.
“Naxçıvan Muxtar Respublikası - 95” devizi altında təşkil edilən yürüş Culfa rayonu Turab çeşməsində Hacadağın ətəyinədək keçirilib. 3 min metr məsafədə keçirilən yarışda oğlan və qız idmançılar mübarizə aparıb.
Yekun nəticəyə əsasən, qızlar arasında Dünya Əmrahlı qalib adını qazanıb. Gülayə Cəfərova və Telli Abbasova isə finiş xəttinə ikinci və üçüncü yerdə çatıblar.
Oğların mübarizəsində isə Əmrah Nağıyev hamıdan sürətli qaçdığını bir daha nümayiş etdirib. Abbas Babayev ikinci, Əkbər Mehdiyev üçüncü olub.
Qaliblər nazirliyin diplomları, federasiyanın isə fəxri fərman və hədiyələri ilə mükafatladırılıblar.
Sonda idmançılara Haçadağ haqqında məlumat verilib və çay süfrəsi təşkil olunub.