Tədbiri giriş sözü ilə açan Federasiyanın sədri Mayis Əliyev Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının 2019-cu il də fəaliyətinin yekunları və Federasiyanın 2020-ci ildə qarşıda duran vəzifələri haqqında çıxış etmişdir. Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyanın birgə tədbirlər planına uyğun olaraq 2019-cu il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil edilmişdir ki, bu yarışlarda ümumilikdə 1670 nəfər idmançı, 63 məşqçi və 23 hakim iştirak etmişdir.
Federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. Bölmələr tərəfindən hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Şərur, Kəngərli, Şahbuz və Sədərək rayonlarının birincilikləri də təşkil olunmuşdur. Bu yarışlarda gənclərin kütləviliyi bir daha müşahidə olunmuşdur. Ekstremal idman yarışlarında ümumilikdə 1050 idmançı iştirak etmişdir. İdmançıların ruhlandırılması məqsədilə bütün yarışlarda uğur qazananlar təşkilatçılar tərəfindən diplom və hədiyyələr, o cümlədən oxunması zəruri olan kitablarla mükafatlandırılmışlar.
Naxçıvan MR - da dağ və ekstremal idman növləri üzrə təlim-məşqlərin keçirilməsi məqsədi ilə Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə ekstremal idman növləri üzrə müstəqil məşqçi – təlimçi Bakı şəhərindən muxtar respublikamıza dəvət olunmuş, yerli məşqçilərə və idmançılara süni divar üzərində əvvəlcədən müəyyən olunmuş proqrama uyğun olaraq təlimlər vermiş və yarışlar təşkil olunmuşdur.
Təlim – məşq toplantılarında Federasiyanın “İlandağ”, “Qapıcıq” idman klubları və 14 komandanın üzvündən ibarət 121 nəfər idmançı iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasında İdmançı gənclərimizin intellektual səviyyəsinin artırılması məqsədi ilə idmançılar muxtar respublika ərazisində fəaliyyət göstərən müzeylərdə olmuş və sərgilərdə iştirak etmişlər.
Gənclərin idmanın bu növünə marağının artırılması məqəsdilə keçirilən tədbirlər Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Lider TV və “Şərq Qapısı” qəzeti mətbuat orqanları tərəfindən işıqlandırılmışdır.
Federasiyanın internet saytında keçirilən tədbirlər haqqında məlumatlar və foto materiallar yerləşdirmiş, federasiya haqqında və MR-ın idman həyatında baş verən mühüm hadisələrlə bağlı geniş məlumatlar yerləşdirilmişdir.
Kütləvi informasiya vasitələrində işıqlandırılan bütün tədbirlər gənclərin maarifləndirilməsinə, gənclərdə idmanın bu sahəsinə marağın artmasına və idmanın kütləviliyinə təsir göstərir.
Federasiya sədri onu da qeyd etmişdir ki, hesabat ilinin 25 Fevral tarixində Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət 17 nəfərlik alpinist qrupu Federasiyasının “İlandağ” idman klubunun 7 idmançısı ilə birlikdə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün İlandağa yürüş etmişlər. İlandağın zirvəsində yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişlər.
Növbəti olaraq mart ayında “Novruz bayramı- Dostluq” devizi altında təşkil edilən yürüş təşkil edilmişdir. Yürüşdə Türkiyənin müxtəlif bölgələrindən və Naxçıvandan ümumilikdə 20 idmançı iştirak etmişdir.
10 may tarixində “Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü” münasibəti ilə təşkil edilən Haçadağa yürüşdə Federasiyaya üzv olan 6 nəfər yerli, 15 nəfər Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələri və Türkiyənin dağçı idmançıları iştirak etmişlər.
Bu yürüşlər yerli mətbuatla yanaşı Türkiyənin nüfuzlu mətbuat orqanlarında da geniş şəkildə işıqlandırıldığını nəzərə alsaq bu idman növlərinin muxtar respublikamızın tanıdılması, təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu görərik.
“Naxçıvan Muxtar Respublikası - 95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında 3 min metr məsafədə təşkil edilən yürüş Culfa rayonu Turab çeşməsində Hacadağın ətəyinədək keçirilib.
Yekunda Haçadağ haqqında məlumat verilmiş və çay süfrəsi təşkil olunmuşdur.
26 sentyabr 2019-cu ildə Muxtar Respublikada idman federasiyalarının üzvləri arasında peyntbol üzrə birinciliyi keçirilmişdir. Birincilikdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının beş üzvü uğurla iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri A.Cabbarov – “Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən gənclər və idman siyasəti haqqında” çıxışı olmuşdur.
Federasiyanın sədr müavini A.Məmmədov – “Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının 2019-cu il də fəaliyətinə dair hesabat məruzəsi dinlənilmişdir.
Tədbirin sonunda məşqçilərə və idmançılar Federasiyanın Fəxri Fərmanları, mükafatlar və oxunması zəruri olan kitablar təqdim olunmuşdur.