NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

 

 

13 avqust 2020-ci il tarixdə Culfa rayon Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində Spelio (mağara) turizm idman yürüşü üzrə birincilik keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında hava və ekstremal idman növlərini tanıtmaq, inkişaf etdirmək və bu idman növlərinin kütləviliyinə nail olmaqdır. Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilkdə 10 gənc idmançı iştirak etmişdir. Sonda bütün rəqiblərini üstələyən Məmmədov Abbas I, Hacıyev Elvin II, Məmmədov Osman III yerin sahibi olmuşlar. Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Yarış başa çatdıqdan sonra iştirakçılar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət etmişlər.