NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 2021-ci il təqvim planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında yeniyetmə və gənclər arasında 2021-ci il 30 sentyabr tarixində süni divara dırmanma idman növü Naxçıvan MR birinciliyi keçirilmişdir. Keçirilən yarışda Naxçıvan şəhər idmançısı Süleyman İsmayılov birinci yerə, Şahbuz rayon idmançısı Məmməd Hüseynəliyev ikinci və Babək rayon idmançısı İlhan Orduyev üçüncü yerə layiq görülmüşlər. Yarışın qalibləri fəxri fərman, diplomlarla və hədiyyələrlə təltif olunmuşlar.

 

 

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları Milli Dəyərlər muzeyində olmuşlar. Sərgilənən eksponatlar haqqında ətraflı məlumatlar verilmişdir.