NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

"Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi ilə keçirilən yarışda rayonun 12 ümumtəhsil məktəbindən 30-a yaxın şagird iştirak edib. Təyin olunan 2500 metrlik məsafəni ən tez qət edən Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Elvin Məmmədov 1-ci yerə layiq görülüb. Xok tam orta məktəbindən Aman Hüseynov və Qıvraq qəsəbə tam orta məktəbindən Məşdi Fərəcov müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Polis Şöbəsinin və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Kəngərli rayon bolməsinin birgə təşkil etdiyi yarışın sonunda ilk üçlükdəki məktəblilər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Yarış “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. 20 məktəblinin mübarizə apardığı birincilikdə Mahmudkənd kənd tam orta məktəbinin şagirdi Nicat Bayraməliyev təyin olunan məsafəni hamıdan tez qət edərək birinci pilləyə layiq görülüb. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Elvin Rzayev finişə ikinci çatıb. Düdəngə kənd tam orta məktəbinin şagirdi Nurlan Cəfərov isə üçüncü sıarada qərarlaşıb.
Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyanın Şərur rayon bölməsinin birgə təşkil etdiyi yarışın sonunda qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.