NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının idman klubları və komandalarının idmançılarının iştirakı ilə zirvəyə sürətli qaçış üzrə daxili idman yarışı keçirilmişdir.Yarış 28 fevral 2017 ci il tarixdə Naxçıvan şəhərində Bayraq meydanında təşkil olunmuşdur. Yarışıda 1-ci yerin qalibi İlandağ klubunun üzvü  Zamanlı Kənan Ramiq oğlu, 2-ci və 3-cü yerin qalibləri isə Dərələyəz idman komandasının üzvləri İmamquliyev Sənan Hikmət oğlu və Əhmədov Musa Firudin oğlu layiq görülmüşlər. Qaliblər Federasiyanın Fəxri Fərmanları ilə təltif edilmişlər.

   Bu yarışda uğur qazanmış iştirakçılar Bakıda keçiriləcək dağa dırmanma üzrə Azərbaycan çempionatında iştirakı  nəzərdə tutulmuşdur.