NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

“15 İyun – Millli Qurtuluş Günü”nə həsr olunan yarış Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi istiqamətinə gedən yolun 8000 metrlik məsafəsini əhatə edib. Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil olunan birincilikdə 9 idmançı iştirak edib. Yarış hava və ekstremal idman növlərinin təbliği, inkişafı, bu sahədə kütləviliyə nail olunması, gənclərin velosiped idman növlərinə olan marağının artırılması və asudə vaxtın səmərəli təşkili məqsədilə ilə keçirilib.
Nəticələrə gəlincə, Elvin Mikayılzadə təyin olunan məsafəni digərlərindən daha tez qət edərək birinci pilləyə sahib çıxıb. Qoşunəli Abdullayevlə Əzəmət Hümbətzadə finişə müvafiq ardıcıllıqla çatmaqla yarışı ikinci, üçüncü sıralarda tamamlayıblar.
İdmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 ildönümü münasibətilə 2021-ci il 3-4 may tarixİndə Quba rayonunun Qızıl qaya massivinin dəniz səviyyəsindən 3751 metr yüksəklikdə olan Heydər Zirvəsinə idman yürüşü keçirilmişdir. Heydər Zirvəsinə keçirilən   yürüşdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançısı Nəcəfov Vahid Emirxan oğlu da iştirak etmişdir. İdmançımızın bu yürüşdə iştirakı Federasiyanın bütün idmançılarını sevindirir və qürurlandirir.