NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

19 aprel 2021-ci il tarixdə yeniyetmə və gənclər arasında keçirilən yarış Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümüə həsr edilib. Təbiətə ekoloji, insanlara fiziki-mənəvi faydaları olan nəqliyyat vasitəsi kimi velosipedə və ümumilikdə ekstremal idman növlərinə marağın artırılması məqsədi daşıyan yarışa 20 idmançının qatılıb. Turnirin marşrutu “28 May” küçəsindən S.Vurğun küçəsinə qədər olan 2000 metrlik məsafəni əhatə edib.
Hüsaməddin Musayev finişə hər kəsdən öndə çataraq turniri 1-ci sırada tamamlayıb. Mirəli Seyidbəyli ilə Elgün İsmayılov müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.
Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Şahbuz rayon bölməsinin birgə təşkil etdiyi turnirin sonunda qaliblərə diplomlar təqdim edilib.
16 aprel 2021-ci il tarixdə  Culfa məktəbliləri arasında şosse velosipedi üzrə rayon birinciliyi keçirilib.
Yarış Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr edilib. Culfa Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Culfa Rayon Bölməsinin birgə təşkil etdiyi birincilikdə 30 məktəbli iştirak edib.
Nəticələr aşağıdakı kimidir:
1-ci yer Abutalıb Rəşidli (Gülüstan kənd tam orta məktəbi)
2-ci yer Mayıl Səfərli (Gülüstan kənd tam orta məktəbi)
3-cü yer Rüstəm Yaqublu (Gülüstan kənd tam orta məktəbi)
Qalib və fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər. Sonda iştirakçılar XII əsr memarlıq abidəsi olan “Gülüstan Türbəsi”ni ziyarət ediblər.