NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Naxçıvan Muxtar Respublikasının Kəngərli, Ordubad və Babək rayonlarında Federasiyanın rayon bölmələrinin, rayon Gənclər və İdman İdarələrinin və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə 2017-ci ilin aprel və may ayları ərzində velosiped yürüşləri üzrə rayon birincilikləri keçirilmişdir. Keçirilən yarışlarda ümumilikdə 450-ə yaxın velosipedçi yarışlarda öz güclərini sınamışlar. Hər bir yarışın keçirilməsində məqsəd gənclərin texniki idman növünə marağını artırmaq və idmanın bu növündə gənclərin kütləvi iştirakını təmin etmək məqsədi daşıyır.

   Velosiped yarışlarında qızlar və oğlanlar iştirak etmişlər. Birinciliklərin qalibləri diplomlarla və hədiyyələrlə təltif olunmuşlar.

17 mart 2017-ci il tarixdə “Zərərli vərdişlərə yox deyək və həmişə sağlam olaq” devizi altında Ekstremal idman yarışı üzrə Babək rayon Birinciliyi keçirilmişdir. İdman tədbiri  Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin, rayon İdman idarəsinin və rayon Təhsil şöbəsinin birgə iştirakı ilə təşkil  olunmuşdur.

      Birincilikdə iştirak etmək üçün rayonun ümum təhsil müəssisələrinin şagirdləri və rayon gəncləri, ümumilikdə 125 idmançı rayon bölməsinə müraciət etmişlər. Ekstremal idman yarışı “Əshabu-Kəhv” Avtomobil yolunda 8 km məsafədə təşkil olunmuşdur. Ekstremal idman yarışı üzrə  keçirilən Babək rayon birinciliyinin qalibləri diplomlarla və hədiyyələrlə təltif olunmuşlar.