NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 Ordubad rayonunda 30 oktyabr 2018-ci il tarixdə ekstremal idman yürüşü təşkil olunmuşdur.  İdman yarışı  Ordubad-Kotan avtomobil yolunda 3 km məsafədə Ordubad rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmişdir.

    “Zərərli vərdişlərə yox deyək  və həmişə sağlam olaq” devizi altında keçirilən Ordubad rayon birinciliyində 100-ə yaxın oğlan və qız idmançı gücünü sınamışdır. Qaliblər Federasiyanın Ordubad rayon bölmələrinin hədiyyələri, Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin diplomları və fəxri fərmanları ilə təltif olunmuşlar.

18 oktyabr – “Dövlət Müstəqilliyi günü”nə həsr olunan yarış Uzunoba su anbarının ətrafında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında eksterimal idman yürüşü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

     Keçirilən yarışda  100-dən çox  tələbə iştirak edib. Yarışda qızlar 2 km, oğlanlar isə 3 km məsafədə yarışıblar. Nəticədə qızlar arasında Naxçıvan Dövlət Universitetinin tələbəsi Gülayə Cəfərova birinci, Naxçıvan Texniki Kollecinin tələbəsi İlkanə Babayeva ikinci, Naxçıvan Tibb Kollecinin təmsilçisi Dünya Əmrahlı isə üçüncü yerin sahibi olub. Oğlanların mübarizəsində  finiş xəttinə hamıdan tez çatan “Naxçıvan”  Universitetinin tələbəsi Abbas Babayev birinci, Naxçıvan Texniki Kollecinin təmsilçilərindən Əkbər Mehdiyev ikinci, Fərid Qasımov isə üçüncü yerə layiq görülüb.

Sonda qalib gələn idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr, o cümlədən oxunması zəruri olan kitablar  təqdim edilib.