26 sentyabr 2019-cu ildə Muxtar Respublikada idman federasiyalarının üzvləri arasında peyntbol üzrə birinciliyi keçirilmişdir. Birincilikdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının beş üzvü uğurla iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına müvafiq olaraq, 13 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə federasiyanın üzvləri “Əlicnəqala” Tarixi-Mədəniyyət Muzey Kompleksinə ekskursiyası təşkil olunmuşdur. Muzeyin bələdçisi orada olan eksponatlarla tələbələri tanış etmişdir. Daha sonra tələbələr “Əlincəqala” ilə tanış olmuş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.