NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

29 may 2019-cu il tarixdə Naxçıvan şəhərində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş süni divarda sürət növü üzrə idmanyarışı keçiriləcəkdir. Bu yarışadək gündəlik yerli məşqçilərin iştirakı ilə idmançılara hazırlıq təlimləri keçirilir. Keçiriləcək yarışda idmançılara uğurlar arzulayırıq!

 
10 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar Haça dağa yürüş təşkil olunacaqdır. Yürüşdə iştirak edəcək idmançılara uğurlar arzulayırıq.