NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə "təbiəti tanıyaq və tanıdaq" devizi altında MR ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin Şahbuz rayonu ərazisindəki Batabat golləri, Zor bulaq və Şahbuz Dövlət Təbiət Qoruğu ərazilərində yürüşü təşkil olunmuşdur. Daha sonra qoruqda fəaliyyət göstərən muzey fondu haqqında məlumat verildikdən sonra çay süfrəsi təşkil olundu.

3-5 avqust 2019-cu il tarixlərdə “Ağbulaq” İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarının idmançıları üçün təşkil olunmuş istirahət başa çatmışdır. İstirahət guşəsində Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının 3 nəfər üzvü də iştirak etmişdir. İstirahət müddətində müxtəlif stolüstü idman oyunları və mini futbol oynamışlar. İdmançıların eyni zamanda Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunmuş, bundan başqa Şahbuz rayon Mədəniyyət şöbəsinin əməkdaşları tərəfindən idmançılar üçün konsert proqramı təşkil olunmuşdur. İdmançılar üçün təşkil olunmuş istirahət Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası idman federasiyalarının və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilmişdir.