NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

 Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qardaş Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvləri 23 fevral 2020-ci il tarixdə Haçadağa dırmanışı ilə əlaqədar Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasında tədbir keçirilmişdir. İdmançılara uğurlar arzu edirik!

 

 

 

18 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil müəssisələrinin şagirdləri arasında Uzunoba gölü istiqamətində velosiped idman yarışı üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Yarışda 51 idmançı gücünü sınamışdır. Onlardan 16 nömrəli tam orta məktəbin şagirdi Hüseynov Hüseyn birinci yerin, 9 nömrəli tam orta məktəbin şagirdi Həsənov Sadiq ikinci yerin, 7 nömrəli tam orta məktəbin şagirdi Məmmədli İbrahim üçüncü yerin qalibi olmuşlar. Qalib idmançılar sonda Diplom, Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.