NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

29 may 2019-cu ildə Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının Ordubad rayon bölməsinin, Ordubad rayon Gənclər və İdman İdarəsinin və Ordubad rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Ordubad rayon gəncləri və ümumtəhsil müəssisələrinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “ rayon üzrə ekstremal yürüş keçirilib. Yarışa 50-yə yaxın idmançı öz gücünü sınamışdır. Yekun nəticələrə əsasən birinci yerə, internat tam orta məktəbin şagirdi Əliyev Əli İsa oğlu, ikinci yerə Peşə məktəbin şagirdi Səlimov PeymanMikayıl oğlu, üçüncü yerin qalibi isə 3 nömrəli tam orta məktəbin şagirdi Babayev Kənan Əsəd oğlu olmuşlar. Fərdi mükafatlandırma üzrə qaliblərə diplom və qiymətli hədiyyələr, təqdim olunub.

29 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan “ Heydər Əliyev Kuboku” uğrunda süni divara dırmanma idman növü üzrə muxtar respublika turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikanın Gənclər və İdman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev bildiriblər ki, son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və açıq idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində də uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər. Daha sonra yarışa start verilmişdir. 60-a yaxın idmançının iştirak etdiyi birincilik gərgin idman mübarizəsi şəraitində keçirilib. Yekun nəticələrə əsasən oğlanlardan Məmmədov Onur turnirin qalibi olub. Digər iki pillədə Seyidov Abbas və Məhərrəmov Behbud qərarlaşıblar. Qızların mübarizəsində isə Nazlıcan Çakır bütün rəqiblərini qabaqlayıb. Fatimə Abbaslı ikinci, Paşayeva Nuray isə üçüncü olublar. Komandalar arasında gedən mübarizədə isə, Naxçıvan Dövlət Texniki Kolleci I yerin, Naxçıvan Tibb Kolleci II yerin, Naxçıvan Müəllimlər İnstitu isə III yerin qalibi olub. Fərdi mükafatlandırma üzrə qaliblərə diplom və qiymətli hədiyyələr, komandalara isə “Heydər Əliyev Kuboku” təqdim olunub.