Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında gənclər arasında süni divara dırmanma üzrə muxtar respublika açıq birinciliyi keçirilib.
Birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində Abbas Seyidov qalib adını qazanıb. Digər iki pillədə Emin Həziyev və Behbud Məhərrəmov qərarlaşıblar.
Qızların mübarizəsində isə Nazlıcan Çakır hamıdan güclü olub. Fatimə Abbaslı ikinci yerlə kifayətlənib.
Sonda qalib idmançılar, eyni zamanda birincilikdə fərqlənən 3 qız və 3 oğlan idmançı diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Tarix 12 aprel 2019-cu il. Süni divara dırmanma üzrə yarış başladı. Yarışda oğlanlar və qızlar arasında mübarizə aparılır. Hal-hazırda yarış davam edir. qalib olacaq idmançılara Federasiya tərəfindən hədiyyələr təqdim olunacaq. İdmançılara uğurlar arzulayırıq!