Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları 2021-ci il 19 mart tarixində Hüseyn Cavidin ev muzeyini və ədibin türbəsini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Federasiyanın Ordubad və Culfa rayon bölmələrinin, Ordubad və Culfa rayonlarının gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə 2021-ci il 6 mart tarixində Culfa rayonu Camaldın kəndi ərazisindəki Ərməmməd mağarasına ekstremal idman yürüşü keçirilmişdir və mağara haqqında ətraflı məlumat verilmişdir. Rayon qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.