NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

Tədbiri giriş sözü ilə açan Federasiyanın sədri Mayis Əliyev Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 2020-ci il də fəaliyətinin yekunları və Federasiyanın 2021-ci ildə qarşıda duran vəzifələri haqqında çıxış etmişdir. Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyanın birgə tədbirlər planına uyğun olaraq 2020-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlar təşkil edilmişdir.
Federasiyanın rayonlarda bölmələri fəaliyyət göstərir. Bölmələr tərəfindən hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi məqsədilə Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Şərur, Kəngərli, Şahbuz və Sədərək rayonlarının birincilikləri də təşkil olunmuşdur. Bu yarışlarda gənclərin kütləviliyi bir daha müşahidə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini M.Seyidov “Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən gənclər və idman siyasəti haqqında” çıxışı olmuşdur.
Federasiyanın sədr müavini A.Məmmədov – “Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının 2020-ci il də fəaliyətinə dair hesabat məruzəsi dinlənilmişdir.
Tədbirin sonunda Federasiyanın idmançılarına hədiyyələr təqdim olunmuşdur.

11 sentyabr 2020-ci il tarixdə Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilmişdir. Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 8 tam orta məktəbdən 20-yə yaxın idmançı iştirak etmişdir. Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, tədbiri keçirməkdə məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və velosiped idman növünə cəlb etməkdən ibarətdir. Daha sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov və Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov çıxış edərək birinciliyin qaydaları haqqında idmançılara məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışlar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Murad Abbaszadə (9 №-li tam orta məktəb) I yerə, İlkin Qurbanov (9 №-li tam orta məktəb) II yerə, Nizami Məmmədli (2 №-li tam orta məktəb) isə III yerə layiq görülmüşlər. Sonda qalib və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.