NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 

25 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Federasiyanın rayon bölmələrinin, Şərur, Kəngərli və Sədərək rayonlarının gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş, Şərur rayonun Tənənəm kəndindən Qazma mağarasına 4 kilometr məsafəyə spelio (mağara) idman növü üzrə Şərur, Kəngərli və Sədərək rayonlarının birincilikləri keçirilmişdir. Mağara idman yürüşündə fərdi nəticələrə və komandaların nəticəsinə fəxri fərmanlar, diplomlar və hədiyyələr təqdim edilmişdir.

20 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram olaraq Naxçıvanlı dağçılarla birlikdə Qardaş Türkiyə Cümhuriyyətinin zirvə dağçılıq komandasının idmançıları Haçadağa dırmanışı təşkil olundu. Dırmanışı uğurla başa vuran idmançılar sonda Federasiyanın sədri ilə xoş təəssüratlarını bölüşdülər və Naxçıvanın gözəl yer olduğunu, belə yarışlarda bir daha iştirak etmələri üçün hər zaman hazır olduqlarını bildirdilər.