NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

Uşaq və gənclərin idmana cəlbinin kütləviliyini artırmaq məqsədilə Naxçıvan MR Gənclər və İdman Nazirliyi və idman federasiyalarının birgə təşkilatçılığı ilə bu gün saat meydanında "İdman festifalı" keçirilmişdir. Festivalda ölkəmizin tanınmış idmançıları, idman mütəxəssisləri, rəsmi şəxslər iştirak etmişdir. Təmsil etdiyimiz Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyanın süni davrının maketi, velosiped, dağa dırmanma üçün ləvazimatlar və digər idman alətləri qonaqların diqqətini çəkmişdir. İdman festivalı yüksək səviyyədə nümayiş olundu. Bu festivalın təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.

 

 Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Naxçıvanlı idmançılarla yanaşı Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvləri 23 fevral 2020-ci il tarixdə Haçadağın zirvəsinə uğurla qalxmışlar. İdmançılara bir daha təşəkkür edir, bu yorulmaz işlərində uğurlar arzu edirik!