NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

       10 aprel 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin  və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən Dağçılıq idman məktəbinin rəhbəri, təlimçi-məşqçi Babək İsgəndərov muxtar respublikaya dəvət olunub. Peşəkar mütəxəssis idmançılarla süni divara dirmanma üzrə təlim-məşq toplanışı keçirilib.
Təlim-məşq prosesində federasiyanın məşqçi müəllimləri və 30-dan artıq gənc iştirak edib. Qeyd edək ki, iki gün davam edəcək təlim-məşqlərdən sonra “Naxçıvan Muxtar Respublikası- 95” devizi altında süni divara dırmanma üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçiriləcək.

 

Haçadağa “Novruz bayramı- Dostluq” devizi altında təşkil edilən yürüş təşkil edilib. Yürüşdə Türkiyənin müxtəlif bölgələrindən və Naxçıvandan ümumilikdə 20 idmançı iştirak edib.

Naxçıvan televiziyasının əməkdaşları da idmançılarla bərabər hündürlüyü 2415 metr olan Haçadağa qalxıblar.