NAXÇIVAN MUXTAR RESPUBLİKASI

HAVA VƏ EKSTREMAL İDMAN NÖVLƏRİ FEDERASİYASI

 Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinin qeyd olunması, Naxçıvan Muxtar Respublikasında Hava və Ekstremal İdman Növlərinin tanıdılması və inkişaf etdirilməsi, kütləviliyinə nail olunması məqsədi ilə 18 mart 2019– cu il tarixdə Babək rayonu Uzunoba Su Anbarının ətrafında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında velosiped idman yarışı üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. 16 yaşından yuxarı gənc oğlanlar arasında keçirilən yarışda 40-dan çox idmançı iştirak etmişdir.Yarışın nəticələrinə əsasən Culfa rayon təmsilçisi Əhmədov Elnur I yerə, Şərur rayon təmsilçisi Bayraməliyev Nicat II yerə, Culfa rayon təmsilçisi Qasımov Zeynal III yerə layiq görülmüşlər. Qaliblər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının diplom, fəxri fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

13 mart 2019-cu il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsinin , Təhsil Şöbəsinin və Hava və Ekstremal İdman Növləri Federasiyasının Şərur Rayon bölməsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında velosiped yarışı keçirilib.
3 km məsafədə keçirilən yarışa Yengicə kəndində olan Tarixi Abidə Hamam Kompleksinin qarşısında yekun vurulub.
Yarışda 20 yeniyetmə idmançı iştirak edib. Sonda Bayraməliyev Nicat, Abbasov Elmir və Quliyev Zəfər finiş xəttini ilk üç pillədə başa vurublar.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim olunub.